Silvio Berluskoni Avropa Parlamentinə üzv seçilib

 Silvio Berluskoni Avropa Parlamentinə üzv seçilib
# 27 may 2019 16:47 (UTC +04:00)

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni Avropa Parlamentinə üzv seçilib.

ONA "Argumenti i Faktı"-ya istinadən xəbər verir ki, bu barədə "La Republica" xəbər yayıb.

Məlumata görə, onun "İrəli İtaliya" (Forza İtalia) partiyası Avropa Parlamentinə daxil olmaq üçün 4 faizlik səs baryerini keçərək 8,78 faiz səs toplayıb.

Qeyd edək ki, Silvio Berluskoni 1999-2001-ci illərdə Avropa Parlamentində təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR