Mərmərə dənizində yerli vaxtla saat 19.52-də zəlzələ baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Boğaziçi Universitetinin Qəndil Rəsədxanası zəlzələnin 4.1 bal gücündə olduğunu açıqlayıb.
Təbiət hadisəsi İstanbulda da hiss edilib.
Rəsədxanadan Yalovada da yerli axtla 20.04-də 3, 20.09-da isə 3,2 maqnitudada təkanlar olduğu bildirilib.