İsveçrə XİN Zalkaliani və Lavrovun görüşü ilə bağlı bəyanat yayıb

İsveçrə XİN Zalkaliani və Lavrovun görüşü ilə bağlı bəyanat yayıb
# 26 sentyabr 2019 19:30 (UTC +04:00)

İsveçrə Xarici İşlər Nazirliyi (XİN) Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Gürcüstan Xarici İşlər naziri David Zalkaliani arasında keçirilmiş görüşlə bağlı bəyanat yayıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bəyanatda bildirilib ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutan görüşə İsveçrə vasitəçilik edib.

“Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüşə İsveçrə tərəfindən təşəbbüs və kömək edilib. İsveçrədə uzun müddətdir dialoqa təşviq etmək ənənəsi var. İsveçrə 2009-cu ildən bəri Rusiyanın Gürcüstandakı və Gürcüstanın Rusiyadakı maraqlarını təmsil edir”, - deyə bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR