Kamal Kılıçdaroğlu: “Hər şey çox gözəl olacaq demişdik və hər şey çox gözəl oldu”

Kamal Kılıçdaroğlu: “Hər şey çox gözəl olacaq demişdik və hər şey çox gözəl oldu”
# 23 iyun 2019 21:51 (UTC +04:00)

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərin nəticələri ilə əlaqədar münasibət bildirib və nəticələri müsbət qiymətləndirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində açıqlama yayıb.

CHP lideri “Hər şey çox gözəl olacaq demişdik və hər şey çox gözəl oldu” - deyə seçkinin nəticələrini qısaca olaraq dəyərləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR