Kopenhagendə polis idarəsinin yaxınlığında partlayış baş verib

Kopenhagendə polis idarəsinin yaxınlığında partlayış baş verib
# 10 avqust 2019 11:13 (UTC +04:00)

Danimarkanın paytaxtı Kopenhagendə polis idarəsinin yaxınlığında partlayış baş verib.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisi məlumat yayıb.

Partlayış şəhər mərkəzinin yaxınlığındakı Norrebro rayonun polis idarəsi binasının ətrafında baş verib. Partlayış nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

Qeyd edək ki, bu, həftə ərzində Kopenhagendə baş verən ikinci partlayışdır. Avqustun 6-da Danimarka Vergi Agentliyinin binası qarşısında baş verən partlayış nəticəsində bir nəfər yaralanmışdı.

Polis bildirib ki, bu partlayışlar arasında əlaqənin olub-olmadığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR