Mövlud Çavuşoğlu: “Türk Şurasının Budapeşt nümayəndəliyi türk dünyası ilə Avropa xalqları arasında böyük rol oynayacaq”

Mövlud Çavuşoğlu: “Türk Şurasının Budapeşt nümayəndəliyi türk dünyası ilə Avropa xalqları arasında böyük rol oynayacaq”
# 19 sentyabr 2019 15:42 (UTC +04:00)

“Bu gün bizim üçün qürurverici bir gündür. Çünki Macarıstanın paytaxtında Türk Şurasının nümayəndəliyi açılır. Türkdilli xalqların ailəsi böyüyür. Türk şurasına daxil olan dövlətlərin gömrük, ticarət, infrastruktur sahələrində əlaqələrinin genişlənməsində Türk Şurası önəmli rol oynayır”.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Macarıstanın paytaxtı Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Nümayəndəliyinin açılış mərasimində bildirib.

O qeyd edib ki, Türk Şurası, türk dünyası ilə Avropa xalqları və təşkilatlarının arasındakı əlaqələri genişləndirməkdə Macarıstanın böyük rolu olacaq: “Avropada ortaq türk mədəniyyətini yaşatmaq üçün Macarıstan əhəmiyyətli bir ölkədir. Türkdilli xalqlarında olduğu kimi bu ölkədə də atçılıq, oxçuluq ənənələrində, mətbəximizdə, adətlərimizdə ortaq nöqtələr var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR