Ərdoğan Putini Qələbə bayramı münasibətilə təbrik edib

Ərdoğan Putini Qələbə bayramı münasibətilə təbrik edib
# 09 may 2020 16:31 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə təbrik məktubu göndərib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məktubda deyilir:

"Sizi Qələbənin 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Bu ildönümü bütün bəşəriyyətə böyük kədər gətirən və Sovet vətəndaşlarının həyatını itirən İkinci Dünya müharibəsinin başa çatmasını təcəssüm edir. Bu ildönümü bizə dünyada sülhün nə qədər dəyərli olduğunu bir daha xatırladır".

O, eyni zamanda bölgədə sülhün bərqərar olması və sabitliyin qorunması üçün iki ölkənin birgə səylərinin vacibliyini qeyd edib və Rusiya hökumətinə və xalqına koronavirusla mübarizədə həmrəy olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR