Rusiya Türkiyəyə öz mülki təyyarələrini almağı təklif edib

Rusiya Türkiyəyə öz mülki təyyarələrini almağı təklif edib
# 20 sentyabr 2019 06:27 (UTC +04:00)

Rusiyanın Birləşmiş Aviasiya Korporasiyası Türkiyə hava yollarına Rusiya istehsalı olan “MS-21” və “Sukhoi SuperJet” mülki təyyarələrini almağı təklif edib.

APA “Interfax”a istinadən xəbər verir ki, bu barədə korporasiyanın rəhbəri Yuri Slyusar bildirib.

“Biz “MS-21” və “Superjet 100” təklif etməyə hazır olduğumuz bir sıra hava yolları ilə görüşlər keçirdik. Bundan əlavə, Türkiyə yüksək inkişaf etmiş sənaye ölkəsi kimi əməkdaşlıq layihələrində maraqlı ola bilər”, - deyə Slyusar qeyd edib.

Danışıqlar İstanbuldakı “TEKNOFEST” Aviasiya, Kosmik və Texnologiya Festivalı çərçivəsində aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR