Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması ilə bağlı razılaşmanın müddətini uzadacaq

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması ilə bağlı razılaşmanın müddətini uzadacaq
# 29 iyun 2019 14:40 (UTC +04:00)

Rusiya və Səudiyyə Ərəbistanı OPEC ölkələrinin neft hasilatının azaldılması ilə bağlı razılaşmasının müddətinin 6-9 ay uzadılması barədə razılığa gəliblər.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Osakada keçirilən G20 sammiti çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşən Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında deyib.

“Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması ilə bağlı razılaşmanın müddətinin uzadılmasını dəstəkləyəcək. Bu müddət 6 və ya 9 ay olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR