Tbilisidə aksiya davam edir

Tbilisidə aksiya davam edir
# 03 iyul 2019 20:04 (UTC +04:00)

Tbilisinin Rustaveli prospektində etiraz aksiyası yenidən başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, etirazçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını və iyunun 20-21-də baş verən hadisələrdə görə məsuliyyəti üzərinə götürməsini tələb edirlər.

Qeyd edək ki, iyunun 20-21-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı xeyli nümayişçi xəsarət alıb və ya həbs olunub. Parlament binası qarşısında 5 etirazçı 10 gündən çoxdur, aclıq aksiyası keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR