Tbilisidə güclü külək və leysan mitinqin keçirilməsinə mane olub

Tbilisidə güclü külək və leysan mitinqin keçirilməsinə mane olub
# 24 iyun 2019 20:14 (UTC +04:00)

Tbilisidə Gürcüstan parlamentinin qarşısında yenidən mitinq keçirilir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, paytaxta yağan leysan və güclü külək səbəbilə saat 19:00-da keçirilməsi planlaşdırılan mitinq bir saat gec başlayıb.

Hazırda mitinqin keçirildiyi əraziyə əvvəlki günlərlə müqaisədə daha az nümayişçi toplaşıb. Rustaveli prospektində avtomobillərin hərəkəti hələ ki, məhdudlaşdırılmayıb.

ATƏT PA-nın prezidenti Georgi Tsereteli də hazırda mitinqin keçirildiyi əraziyə gəlib.

Mitinq iştirakçıları daxili işlər naziri Giorgi Qaxariyanın istefasını, iyunun 20-21-i tarixlərində həbs edilənlərin azad edilməsini və qeyri-proporsional güc tətbiq edən polislərin cəzalandırılmasını tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR