Türkiyə XİN: “Qondarma Erməni soyqırımı” məsələsində Yunanıstanı məsuliyyətli davranmağa dəvət edirik”

Türkiyə XİN: “Qondarma Erməni soyqırımı” məsələsində Yunanıstanı məsuliyyətli davranmağa dəvət edirik”
  • Clock-gray 02:00
  • calendar-gray 08 Noyabr 2019

Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstan Prezidenti Prokopis Pavlopulosun Ermənistana səfəri çərçivəsində 1915-ci il hadisələrilə bağlı açıqlamalarına mövqe bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə XİN-in sözçüsü Hami Aksoy deyib ki, Yunanıstan Türkiyəyə qərəzli münasibətdə olan ölkələrə dəstək verməkdə davam edir. 

O bildirib ki, amma rəsmi Ankara Yunanıstanın türklərə və digər Osmanlı vətəndaşlarına tarixdə etdiyi qəddarlıqları unutmayıb: “Yunanıstanın sistematik olaraq Osmanlı İmperiyasının müstəqillik dövründə və sonrakı dönəmlərdə türkləri və müsaəlmanları necə məhv etməsi tarixi faktlarda yer alıb. Tarixdəki bu qanlı faktlardan qisasçılıq üçün deyil, ibrət üçün dərs almaq inamında olan Türkiyə bu tarixi gerçəkliklərin əlbəttə fərqindədir. Ölkəmiz əleyhinə olan fəaliyyətləri dəstəkləməyin Yunanıstana heç bir fayda gətirməyəcəyini xatırlatmaq məcburiyyətindəyik”. 

Türk diplomat əlavə edib ki, Yunanıstan tərəf iki ökə arasındaki əməkdaşlığa xələl gətirəcək qondarma “erməni soyqırımı” məsələsini dəstəkləməsinin məsuliyyətini dərk etməlidir: “Biz bölgəmizdə sülh, sabitlik və rifah istəyirik və  Yunanıstanı bundabn sonra daha məsuliyyətli davranmağa dəvət edirik. Digər tərəfdən, 1915-ci olayları mövzusunda Türkiyənin mövqeyi hörmətli prezidentimizin hələ Baş Nazir olduğu  dövrdə, 2014-ci il aprelin 23-də etdiyi açıqlamada konkret olaraq ortaya qoyulub. Başqa bir izahata ehtiyac duymuruq”.
 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date