İspaniyada ETA terror təşkilatının siyasi qanadının liderləri həbs olunub

İspaniyada ETA terror təşkilatının siyasi qanadının liderləri həbs olunub
# 23 yanvar 2009 07:24 (UTC +04:00)
Madrid-APA. Bu gecə İspaniyada ETA bask separatçı qruplaşmasının siyasi qanadı “Batasuna”nın rəhbərliyində təmsil olunan çoxlu sayda şəxs həbs olunub. APA-nın məlumatına görə, hakim Baltasar Qarsonun sərəncamı ilə polis Basklar Ölkəsi və Navarrada bir sıra həbslər həyata keçirib. Hüquq-mühafizə orqanları martda regional parlamentə keçiriləcək seçkilərdə iştirak edən “Askatasuna” və “Demokratiya - 3000000” radikal bask qruplaşmalarının “Batasuna” ilə əlaqəsi olduğunu düşünür. Onların fikrincə, ekstremistlər bu qruplaşmaların vasitəsilə qanunverici orqanda təmsilçilik əldə etmək istəyirlər. Qeyd edək ki, ötən il “Batasuna” ilə əlaqələrdə şübhəli bilinən iki partiyanın seçkilərdə iştirakına qadağa qoyulub. ETA Basklar Ölkəsinin müstəqilliyi uğrunda 40 ildən artıqdır mübarizə aparır. Bu müddət ərzində keçirilən terror aktları 825 nəfərin həyatına son qoyub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR