Terri Devis: “Ermənistanın demokratik inkişafındakı çatışmazlıqdan məyusam”

Terri Devis: “Ermənistanın demokratik inkişafındakı çatışmazlıqdan məyusam”
# 27 yanvar 2009 11:07 (UTC +04:00)
Strasburq. Aleksandr Kin – APA. Avropa Şurasının baş katibi Terri Devis Ermənistanın demokratik inkişafındakı çatışmazlıqdan məyus olduğunu bildirib. APA-nın Avropa bürosunun xəbərinə görə, T. Devis jurnalistlərə açıqlamasında 2008-ci ilin martında Ermənistanda 8 nəfərin ölümü, 100-dən çox insanın həbsi ilə nəticələnmiş hadisələrdən narahat olduqlarını bir daha dilə gətirib. O, Ermənistanda söz azadlığı sahəsində inkişafın yetərli olmadığını söyləyib. Ancaq baş katib AŞ PA-nın Ermənistanla bağlı hansı qərarı qəbul edəcəyini deməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR