“Türkiyə Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlanıb

“Türkiyə Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbi açıqlanıb
# 04 mart 2009 15:59 (UTC +04:00)
APA-nın məlumatına görə, təhlükəsizlik məsələləri üzrə təhqiqat şurası qəzanın hündürlüyü ölçən cihazın – altimetrin işində yaranmış nasazlıq səbəbilə qəzaya uğradığı qənaətinə gəlib. Təhqiqat zamanı pilotun təyyarəni avtopilot rejimində yerə endirdiyi məlum olub. Altimetrin işləməməsi təyyarənin hündürlüyü itirərək yerə düşməsi ilə nəticələnib. Təhqiqatçı Piter van Vollenhoven bildirib ki, qəzadan əvvəl bu təyyarədə altimetrin fəaliyyətində iki dəfə nasazlıq qeydə alınıb. Qeyd edək ki, İstanbul-Amsterdam reysi ilə uçan təyyarə fevralın 25-də Sxipxol hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər ölüb, 80-dək insan yaralanıb. Təyyarənin qəzaya uğramasının səbəbləri sırasında yanacağın bitməsi və uçuş heyətinin səhvi versiya kimi dəyərləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR