Aprelin 15-də Avropa Şurasının baş katibi vəzifəsinə namizədlərlə müsahibə keçiriləcək

Aprelin 15-də Avropa Şurasının baş katibi vəzifəsinə namizədlərlə müsahibə keçiriləcək
# 13 mart 2009 08:12 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Avropa Şurası Nazirlər Komitəsinin aprelin 15-də keçiriləcək 1054-cü iclasında qurumun baş katibi vəzifəsinə namizədlərlə müsahibə keçiriləcək. APA-nın məlumatına görə, bu qərar Nazirlər Komitəsinin daimi nümayəndələr səviyyəsində keçirilmiş son iclasında qəbul edilib. İclasda baş katib vəzifəsinə 4 nəfərin namizədliyi nəzərdən keçirilib. Bu vəzifəyə Polşanın keçmiş baş naziri Vlodzimej Çimoşeviç, Norveçin keçmiş baş naziri Torborn Yaqland, Flandriya (Belçika) hökumətinin keçmiş başçısı Lyuk van den Brande və Macarıstan parlamentinin üzvü Matiaş Yorşi namizəddirlər. Yeni baş katib Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasında seçiləcək. Nazirlər Komitəsi bu namizədlər arasında 2 və yaxud 3-nü AŞPA-nın sessiyasına təqdim edəcək. Xatırladaq ki, AŞ-ın hazırki sədri Terri Devis bu vəzifəyə 2004-cü ilin iyununda seçilib, həmin ilin sentyabrından bu vəzifəni icra edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR