Türkiyə ordusunun komandanlığı keçmiş parlament sədri Bülənt Arınçın açıqlamasına sərt reaksiya verib

Türkiyə ordusunun komandanlığı keçmiş parlament sədri Bülənt Arınçın açıqlamasına sərt reaksiya verib
# 13 mart 2009 11:15 (UTC +04:00)
Ankara – APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı parlamentin sabiq sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) önəmli simalarından biri olan Bülənt Arınçın “Ergenekon”la bağlı istintaqda adları şübhəli şəxs kimi keçən generallarla bağlı sözlərinə sərt reaksiya verib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı xəbərə görə, Baş Qərargahın ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-leytenant Mətin Gürak keçirdiyi ənənəvi həftəlik brifinqdə bu barədə ünvanlanan suala cavabında B. Arınçın türk ordusu haqqında düşüncələrinin hər kəsə bəlli olduğunu söyləyib: “Əslində bu tip adamların qərəzli düşüncə və ifadələrinin üstündə çox dayanmaq lazım deyil. Çünki bu cür sözlər, açıqlamalar gerçəkləri heç vaxt dəyişdirə bilməz. Ancaq bu açıqlamaya dair önəmli məqam odur ki, hüquq fakültəsi məzunu olan bu şəxs məhkəmə qərarı olmadan hər hansı şəxsin və qurumun ittiham edilə bilməyəcəyini indiyədək anlamayıb”.
Xatırladaq ki, Bülənt Arınç “Ergenekon”la bağlı prokurorların hazırladığı ikinci ittihamnaməyə münasibət bildirərkən istefada olan generalları aşağılayan ifadələrdən istifadə edib: “Allahıma şükür edirəm ki, Türkiyə bunların dövründə savaşa girməyib. Yoxsa bunların döyüşəcək halları yoxdur. Əsgərlikdən başqa hər şeylə məşğul olublar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR