Çanaqqala savaşının ildönümü münasibətilə Türkiyədə silsilə tədbirlər keçiriləcək

Çanaqqala savaşının ildönümü münasibətilə Türkiyədə silsilə tədbirlər keçiriləcək
# 23 mart 2009 08:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Çanaqqala savaşının 94-cü ildönümü ilə bağlı aprelin 20-25-də Türkiyədə silsilə tədbirlər keçiriləcək. APA-nın məlumatına görə, Türkiyə Cümhuriyyətinin Baş Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ildönüm münasibəti ilə yelkən və üzmə yarışları, qaçış, dövlət xalq oyunları, müxtəlif sərgilər, konsertlər, mədəni tədbirlər təşkil olunacaq. Tədbirlərə müxtəlif ölkələrin təmsilçiləri, dövlət rəsmiləri qatılacaq. Silsilə tədbirlər çərçivəsində Türk şahinlərinin uçuşları da nümayiş olunacaq.
Avropa
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR