İstanbul-Tiflis təyyarəsi yanlışlıqla hərbi aerodroma enib

İstanbul-Tiflis təyyarəsi yanlışlıqla hərbi aerodroma enib
# 08 aprel 2009 16:42 (UTC +04:00)
Tiflis – APA. İstanbul-Tiflis reysi ilə hərəkət edən Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi yanlışlıqla Gürcüstan paytaxtındakı hərbi aerodroma enib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, içində 69 sərnişin olan “Boeing 737-800” tipli təyyarə bu gün Türkiyə vaxtı ilə saat 13.20-də havaya qalxıb. Təyyarə Gürcüstan paytaxtına çatarkən Tiflis beynəlxalq hava limanına deyil, 16 km uzaqda yerləşən, ötən ilin avqustunda Rusiya hərbi təyyarələri tərəfindən bombalanmış və sonradan təmir edilmiş aerodroma enib. Olaydan bir qədər sonra Türkiyədən İstanbula boş təyyarə göndərilib və bu təyyarə sərnişinləri götürərək Tiflis beynəlxalq hava limanına, orada Türkiyəyə uçmaq üçün gözləyən sərnişinləri isə İstanbula aparıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR