Cümhuriyyət Xalq Partiyası: AKP Hitler kimi terrora başlayıb

Cümhuriyyət Xalq Partiyası: AKP Hitler kimi terrora başlayıb
# 13 aprel 2009 10:25 (UTC +04:00)
Ankara – APA. Türkiyənin ana müxalifəti – Cümhuriyyət Xalq Partiyası “Ergenekon”la bağlı növbəti həbs dalğasına kəskin etirazını bildirib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, partiyanın sədr müavini Yılmaz Atəş AKP iqtidarını seçki ilə hakimiyyətə gələrək terrora başlayan Hitler faşizminə bənzədib: “Yaşananlar sadəcə iqtidar partiyası üçün deyil, Türkiyə üçün də ayıbdır. Hal-hazırda iqtidar terroru yaşanır. Buna hər kəs etiraz etməlidir”. Y. Atəş Türkiyədə iki hərbi çevrilişi bilavasitə müşahidə etdiyini, amma bu çevrilişlər zamanı universitetlərdə polis əməliyyatı keçirilmədiyini söyləyib: “Professorlar Türkan Saylan və Mehmet Haberal çox dəyərli elm adamlarıdır. Bu cür elm adamları həbsə atılır”. Y. Atəş əməliyyatı 29 mart seçkilərindəki uğursuzluğun revanşı kimi qiymətləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR