Avropada ermənilərdən ibarət cinayətkar dəstə zərərsizləşdirilib

Avropada ermənilərdən ibarət cinayətkar dəstə zərərsizləşdirilib
# 22 aprel 2009 15:21 (UTC +04:00)
Bakı – APA. Çexiya və Avstriya hüquq-mühafizə orqanları Ermənistandan olan 50 nəfərlik cinayətkar qruplaşmanı zərərsizləşdiriblər. APA-nın xəbərinə görə, bu barədə Avstriya radiosu xəbər yayıb. Cinayətkar dəstə qətllər, qarətlər törədib, oğurluq və reketçiliklə məşğul olub. Dəstəyə rəhbərlik edən 40 yaşlı erməninin sifarişi ilə Praqada azı iki qətl, Avstriyada isə bir neçə sui-qəsd törədilib. Qrup üzvləri əsasən Çexiyada fəaliyyət göstərsələr də, Avstriyada 100-ə yaxın mağazada soyğunçuluq ediblər. Cinayət işi üzrə təhqiqat davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR