Avropa Birliyi Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib

Avropa Birliyi Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib
# 14 noyabr 2011 15:12 (UTC +04:00)
Bakı – APA. Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Suriyaya qarşı yeni sanksiya paketini qəbul ediblər. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Suriya hakim rejiminin daha 18 nümayəndəsinin, əsasən hərbi rəhbərlikdə təmsil olunan şəxslərin AB ölkələrinə girişi qadağan edilib, onların Avropa banklarındakı hesablarının dondurulacağı açıqlanıb. (Bundan əvvəl 56 nəfərlə bağlı bu cür qərar qəbul olunmuşdu). Avropa Yatırım Bankının Suriyadakı layihələrə göstərdiyi texniki yardım dayandırılıb. 19 Suriya şirkətinə qarşı sanksiyalar da qüvvədə saxlanılıb.

Qərarda bildirilir ki, Suriyada mülki əhaliyə qarşı repressiyalar dayandırılana qədər bu ölkə rejiminə qarşı əlavə və kompleks tədbirlər davam etdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR