Gürcüstanda “Qızılgül inqilabının” 8 illiyi qeyd olunacaq

Tiflis. Bu gün Gürcüstan paytaxtında “Qızılgül inqilabı”nın 8 illiyi qeyd ediləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu münasibətlə bir çox tədbirlər planlaşdırılıb. Məlumata görə, Gürcüstan prezidenti yenidənqurmadan sonra Aqmaşenebeli prospektini açacaq. Həmin gün ABŞ-ın 40-cı prezidentinin şərəfinə Gürcüstan paytaxtındakı parkda Ronald Reyqanın heykəlinin açılışı olacaq. Bundan sonra Milli kitabxananın qəbul zalında Reyqan adına Azadlıq Mərkəzinin təqdimatı keçiriləcək.
APA-nın məlumata görə, Gürcüstanda fəaliyyət göstərən "Milli Hərəkat" və "Birləşmiş Demokratlar" partiyaları 2003-cü il noyabrın 23-də hakimiyyət başına gəldilər və Mixail Saakaşvili-ölkə prezidenti, Zurab Jvaniya-baş nazir, parlament sədri-"Nino Burcanadze" oldu. İndi hakimiyyətdə "Qızılgül inqilabı" liderlərindən yalnız Mixail Saakaşvili qalıb. Onun da prezidentlik vaxtı 2013-cü ildə bitir. 2003-cü ildən sonra "Qızılgül inqilabı" Günü hər il müxtəlif tədbirlərlə qeyd edilir. Məlumata görə, həmin gün ölkə prezidenti məhbusların bağışlanması və cəza müddətlərinin azaldılması haqqında əfv fərmanı da imzalayacaq. Qeyd edək ki, Gürcüstanda 23 noyabr Rusiya-Gürcüstan müharibəsindən sonra "Həmrəylik Günü" elan olunub.
Xatırladaq ki, 23 noyabr Gürcüstanda həm də "Giorqoba" bayramıdır. Bu gün rəsmi şəkildə iş günü sayılmır.

Avropa

Almaniyada həbs düşərgəsinin 101 yaşlı nəzarətçisi 5 il azadlıqdan məhrum edilib

Ərdoğan Ukrayna taxılı ilə bağlı Sammitin tarixinin bəlli olmadığını deyib

Ərdoğan Baydenlə ABŞ-ın Suriyada terrorçulara verdiyi dəstəyi müzakirə edib - YENİLƏNİB