Fransa Suriya Milli Şurasının qanuniliyini tanıyıb

Fransa Suriya Milli Şurasının qanuniliyini tanıyıb
# 23 noyabr 2011 20:48 (UTC +04:00)
Bakı-APA. Fransa hökuməti Suriyanın müxalifətçi Milli şurasını qanuni tərəfdaş sayır. Fransa XİN başçısı Alen Jüppe belə bir bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Fransa rəhbərliyi Milli şuranın başçısı Bürhan Qalyunla danışıqları davam etdirəcək.

Jüppe Milli şuranı Suriyadakı bütün müxalif qrupları birləşdirməyə çağırıb.

Nazir əlavə edib ki, Fransa Avropa İttifaqındakı müttəfiqlərinə Suriyada ehtiyacı olanlara yardım çatdırmaq üçün «humanitar dəhlizlər» yaratmağı təklif edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR