İran ABŞ-ın Almaniyadakı hərbi bazasında terror aktı törətmək istəyirmiş

İran ABŞ-ın Almaniyadakı hərbi bazasında terror aktı törətmək istəyirmiş
# 01 dekabr 2011 20:17 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran ABŞ-ın Almaniyadakı hərbi bazasında terror aktı törətmək niyyətindəymiş. APA-nın məlumatına görə, belə bir bəyanatla Almaniyanın baş prokuroru Herald Range çıxış edib. Onun sözlərində görə, İran hökuməti bununla bağlı bölgədə araşdırmalar aparırmış. Plan ABŞ-ın İrana hücumundan sonra həyata keçiriləcəkmiş. İran ABŞ-ın Almaniyadakı hərbi bazasında partlayış törətməklə bu ölkənin Tehrana hücumunun qarşısını almaq fikrində imiş. Almaniyanın baş prokuroru əlavə edib ki, hazırda İrana casusluqda şübhəli bilinən almaniyalı bir tacir həbs olunub. Həmin tacirin evində axtarış aparılıb. Yaxın günlərdə Almaniya məsələ ilə bağlı ətraflı məlumat verəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR