İlk dəfə İnterpolun prezidenti qadın seçilib

Bakı-APA. İlk dəfə olaraq Beynəlxalq polis təşkilatı - İnterpolun prezidenti qadın seçilib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Romada keçirilən İnterpolun 81-ci baş Assambleyasında bu posta 58-yaşlı Fransalı Mirey Ballestrazi seçilib. Fransanın daxili işlər naziri Manuel Vals bildirib ki, “Mirey Ballestrazi mütəşəkkil cinayətkarlıqla necə mübarizə aparmağı əla bilir. Onun bu sahədə böyük təcrübəsi var”.
Mirey Ballestrazi 1975-ci ildə polis komissarı vəzifəsində işləməyə başlayıb. Uzun müddət Bordo şəhər polisinin banditizmlə mübarizə şöbəsinə başçılıq edib. Sonradan Korsika adasında cinayətkarlıq ilə mübarizə aparıb.

Avropa

Türkiyədə Prezident seçkilərinin vaxtı açıqlanıb

Ukrayna ordusu 70-dən çox Rusiya əsgərini öldürüb, silah-sursat anbarını məhv edib

Britaniya Ukrayna, Suriya və Şərqi Afrikaya 43 milyon dollar yardım ayırıb