ABŞ-ın Ukraynaya verdiyi hərbi dəstəyin həcmi açıqlanıb

ABŞ-Ukrayna

© APA | ABŞ-Ukrayna

# 15 iyun 2022 14:40 (UTC +04:00)

Müharibə başlayandan bəri ABŞ-ın Ukraynaya verdiyi hərbi dəstəyin həcmi açıqlanıb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfriliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladığı müddətdən bəri (24 fevral) ABŞ Ukraynaya təxminən 4,6 milyard dollar hərbi yardım, o cümlədən 108 haubitsa, 26 500 Javelin və digər tank əleyhinə sistemlər, 1400 Stinger zenit sistemi, 220 min artilleriya mərmisi göndərib.

"Putin Ukraynaya qarşı müharibəyə başlayandan bəri prezident Bayden Ukraynaya 11 tranş hərbi dəstək elan edib və hər bir yardım paketində ukraynalıların ölkəni müdafiə etməsi üçün lazımi dəstək var", ABŞ səfirliyi bildirib.

ABŞ, əlavə olaraq, Ukraynaya 50 milyon patron, 75 min dəst zireh və dəbilqə də verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR