ABŞ səfirliyi mayın sonuna qədər Kiyevə qayıda bilər

ABŞ səfirliyi mayın sonuna qədər Kiyevə qayıda bilər
# 02 may 2022 16:58 (UTC +04:00)

ABŞ səfirliyi təhlükəsizlik şərtləri imkan verəcəyi təqdirdə mayın sonuna qədər Kiyevə qayıdacağına ümid edir.

APA "Guardian"a istinadən xəbər verir ki, bu barədə müvəqqəti işlər vəkili Kristina Kvien deyib.

"Biz təhlükəsizlik mütəxəssislərini dinləyirik və onlar bizə geri dönə biləcəyimizi dedikdə, geri dönəcəyik", - diplomat bildirib.

Qeyd edək ki, artıq bir sıra ölkələr Kiyevdə öz səfirliklərinin fəaliyyətini bərpa ediblər.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan (24 fevral) bir neçə gün əvvəl ABŞ səfirliyi öz heyətini Ukraynanın qərbinə - Lvova şəhərinə köçürüb, daha sonra isə müvəqqəti olaraq Polşa ərazisində yerləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR