AEBA: Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi ehtimalı yoxdur

Rafael Qrossi

© APA | Rafael Qrossi

# 09 dekabr 2022 18:14 (UTC +04:00)

Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməsi ehtimalı yoxdur.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Türkiyənin NTV kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bununla belə, Ukraynada dəhşətli müharibə davam etməkdədir.

Qrossinin sözlərinə görə, yaxın zamanda Zaporojye Atom Elektrik Stansiyası ərazisində təhlükəsizlik zolağının yaradılmasına dair sazişin imzalanmasına nail olmaq mümkündür.

Qrossi Türkiyənin Rusiya, ABŞ və Ukrayna heyətləri arasında görüşlərin təşkil etməsində, dialoqun davam etdirilməsi üçün böyük rol oynadığını da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR