Aİ-nin komissarı Qaziantepə gedib

Aİ-nin komissarı Qaziantepə gedib
# 09 fevral 2023 16:28 (UTC +04:00)

Avropa İttifaqının böhranların idarə edilməsi üzrə komissarı Janez Lenarçiç Türkiyəyə səfər edib.

APA xəbər verir, ki bu barədə Lenarçiç "Twitter" hesabında məlumat verib.

“İndicə Qaziantepə çatdım. Mülki müdafiə üzrə həmkarlarım Türkiyədəki zəlzələdən zərər çəkmiş bölgələrdəki vəziyyətlə bağlı məni məlumatlandırır. Aİ indiyə qədərki ən böyük axtarış və xilasetmə əməliyyatları vasitəsilə türk səlahiyyətlilərinə insanların həyatını xilas etməkdə yardım edir", - o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR