Aİ Ukraynaya əlavə 500 milyon avro yardım ayırıb

Aİ Ukraynaya əlavə 500 milyon avro yardım ayırıb
# 05 sentyabr 2022 16:24 (UTC +04:00)

Avropa İttifaqı müharibədən əziyyət çəkən Ukraynaya təhsil və kənd təsərrüfatı sahələrini dəstəkləmək üçün əlavə 500 milyon avro yardım ayırıb.

APA xəbər verir ki, bununla bağlı Avropa Komissiyası və Ukrayna arasında sənəd imzalanıb.

Avropa Komissiyası Brüsseldə Ukraynanın Baş naziri Denis Şmıqal ilə Aİ-Ukrayna Assosiasiya Şurasının iclasına ev sahibliyi edərkən maliyyə paketini açıqlayıb.

"Aİ-nin bu qrant maliyyəsi məcburi köçkünlər və geri qayıdanlar üçün mənzil və təhsilin təmin edilməsinə kömək edəcək və Ukraynanın kənd təsərrüfatı sektorunu dəstəkləyəcək", - Avropa Komissiyasının sözçüsü Erik Mamer bildirib.

Qeyd edək ki, Baş nazir Şmıqalın Brüsselə səfəri çərçivəsində Aİ və Ukrayna arasında 5 sənəd imzalanıb. Bu barədə ukraynalı Baş nazir "Twitter" hesabında məlumat verib.

Onun sözlərinə görə, bu sənədlər Ukraynaya "Rəqəmsal Avropa" proqramında iştirak, gömrük və vergi sahəsində əməkdaşlıq, 500 milyon avro büdcə dəstəyi təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR