Aİ Ukraynaya silah tədarükü üçün əlavə 500 milyon avro ayırmaq istəyir

Aİ Ukraynaya silah tədarükü üçün əlavə 500 milyon avro ayırmaq istəyir
# 12 iyul 2022 20:43 (UTC +04:00)

Avropa İttifaqI (Aİ) Ukraynaya silah tədarükü üçün Avropa Sülh Fondundan əlavə 500 milyon avro ayırmaq istəyir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumatı Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasında Aİ-nin Xarici İşlər Nazirliyinin baş katibi Stefano Sanino təsdiqləyib.

Bu xətt vasitəsilə Kiyevə hərbi yardım 2,5 milyard avroya çatacaq.

“Biz Ukraynaya silah tədarükü üçün əlavə 500 milyon avronun ayrılmasını araşdırırq. Beləliklə, ümumi maliyyə 2,5 milyard avroya çatacaq”, - o deyib.

Avropa Sülh Fondundan ümumi dəyəri 2 milyard avro olan əvvəllər verilmiş dörd tranş başa çatdıqdan sonra 500 milyon avroluq yeni tranşın ayrılması niyyəti ilk dəfə Aİ liderləri tərəfindən iyunun 23-24-də Brüsseldə keçirilən sammitdə açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR