AKP katibi: “Ankara Zirvəsi dünyanın gündəmindədir”

AKP katibi: “Ankara Zirvəsi dünyanın gündəmindədir”
# 19 sentyabr 2019 01:52 (UTC +04:00)

“Ankara Zirvəsi hələ də dünyanın gündəmindədir. Suriya mövzusunda Soçidəki Zirvədən sonrakı mərhələnin nəzarətdə saxlanması üçün Ankara Zirvəsi önəmli addımdır”.

APA-nın yerli bürosu xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) katibi Ömər Çelik Ankarada Türkiyə, Rusiya, İran liderlərinin üçtərəfli Zirvə görüşünü dəyərləndirərkən bu fikirləri bildirib.

AKP sözçüsü deyib ki, Soçi sazişinin dəfələrlə pozulması, Suriyada mindən çox insanın ölməsi, 600 minin didərgin olması, 300 min insanın isə Türkiyə sərhədlərinə yaxınlaşması Suriya ilə yanaşı, Türkiyə üçün də problemlər yaradıb.

Türkiyənin uzun müddətdir Suriyanın ərazi bütövlüyünə ehtiramla yanaşaraq bu ölkənin şimal qərbindəki təhlükəsizliyi və siyasi çözümün həlli üçün əlindən gələni etdiyini, İdlibdəki vəziyyətin yenidən nəzarətdə saxlanması üçün cəhdlərdə olduğunu deyən Ömər Çelik ərazidə terrorla mübarizə adı altında fəsadların törədildiyini deyib: “Özəlliklə DEAŞ terrorla mübarizə adı altında PYD/YPG kimi terror təşkilatlarının fəaliyyətini vurğulamaq lazımdır”.

O, əlavə edib ki, Suriya qaçqınlarına sərhədləri qapamaq, insanları Ağdənizdə ölümə təhrik etmək Türkiyənin heç bir zaman yol verəcəyi bir durum deyil: “Qaçqınların taleyi Türkiyə Qərbi də qayğılandıracağı halda, bu məsələ Qərbin heç marağında deyil. Bizim üçün önəmli olan divarlar tikmək yox, körpülər qurmaqdır. Ankara zirvəsində Türkiyənin başlıca məqsədi, o ərazidə daha az insanın ölməsi, insanların qətl edilməməsidir”.

Ömər Çelik Türkiyə-ABŞ münasibətlərindən də danışaraq, bu məsələdə ölkəsinin öz mənfəətini düşünməsinin vacibliyini də vurğulayıb: “Suriya mövzusunda razılığa gəlmədiyimiz çox məsələlər var, amma müzakirələrlə həll yolunu tapmağa çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR