Ali Nümayəndə: "Avropanın təhlükəsizliyi Aİ ilə müzakirə edilməlidir"

Cozep Borrell

© APA | Cozep Borrell

# 29 dekabr 2021 10:48 (UTC +04:00)

“Avropada təhlükəsizlik arxitekturası təkcə Amerika və Rusiyanın məsələsi deyil, Avropa İttifaqı da bu danışıqlarda iştirak etməlidir. Bu cür danışıqlar yalnız Aİ ilə sıx koordinasiya və onun iştirakı ilə baş tutduqda məna kəsb edir”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Welt"ə müsahibəsində deyib.

Aİ-nin Ali Nümayəndəsi bildirib ki, Avropada gələcək təhlükəsizlik strategiyasını müzakirə etmək istəyən hər kəs bunu avropalılarla müzakirə etməlidir: “Avropanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Bu bizim barəmizdədir. İki dövlət, yalnız ABŞ və Rusiya, yaxud NATO və Rusiya bu barədə danışıqlar apara bilməz - hətta Moskva bunu təsəvvür etsə belə. Biz postmüharibə dövründə deyilik. Elə Avropa ölkələri var ki, onlar NATO-nun üzvü deyil. İndi ikinci Yalta Konfransı keçirilə bilməz. Əgər belə olacaqsa da, bu ikinci Helsinki Konfransı olacaq”.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi qeyd edib ki, Kremlin istədiyi təsir dairələrini öz aralarında bölən iki aktordan biri olmaqdır: “Rusiya Aİ-nin iştirakı olmadan Avropanın təhlükəsizlik arxitekturası barədə danışıqlar aparmaq istəyir - bu, absurddur. Biz bunu qəbul etməyəcəyik. Biz orada olmadan haqqımızda heç bir qərar verilə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR