Almaniya Ukraynaya 7 özüyeriyən haubitsa verəcək

Almaniya Ukraynaya 7 özüyeriyən haubitsa verəcək
# 06 may 2022 11:20 (UTC +04:00)

Almaniya Ukraynaya 7 özüyeriyən haubitsa çatdıracaq.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristine Lambrext Slovakiyanın Sliak şəhərində jurnalistlərə açıqlamasında bildirib.

O, ukraynalı hərbçilərin yeni artilleriya sistemləri ilə bağlı təlimlərinin gələn həftə Almaniyada başlaya biləcəyini qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə Niderland da Ukraynaya 5 özüyeriyən artilleriya qurğusu göndərəcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR