Almaniya xarici işlər naziri Rusiyaya səfərə dəvət olunub

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 22 dekabr 2021 15:26 (UTC +04:00)

Almaniya xarici işlər naziri Annalena Baerbok Rusiyaya səfər etmək niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov "Russia Today"a müsahibəsində deyib.

"Annalena Baerbok ilə Stokholmda görüşdüm, yaxşı söhbətimiz oldu, məlum səbəblərdən görüşümüz qısa oldu. Təbii ki, mən onu Rusiyaya səfərə dəvət etdim, o, bu səfərə hazırlaşır", - Rusiya XİN başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR