Almaniya XİN başçısı Moskva səfəri zamanı əsas məqsədini açıqlayıb

Annalena Berbok

© APA | Annalena Berbok

# 18 yanvar 2022 10:46 (UTC +04:00)

"Avropada hər kəsin təhlükəsizliyinin təmin olunması üçün ciddi dialoqa hazırıq".

APA-nın xəbərinə görə, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok "Twiiter"də bildirib.

"Bu gün Moskvada mövqeyimizi bir daha təsdiqləmək istəyirəm: Biz sabit münasibətlər istəyirik və Avropada hər kəsin təhülkəsizliyinin təmin olunması üçün addımların atılması barədə ciddi dialoqa hazırıq. Bizim meyarımız sülh və təhlükəsizlik prinsipləri olaraq qalır", - Almaniya XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, Almaniya xarici işlər naziri Berbok Moskavada səfərdədir. O, bu gün rusiyalı həmkarı Lavrovla görüşəcək. Yanvarın 17-də o, Kiyevdə Ukrayna Prezidenti Zelenski və xarici işlər naziri Kuleba ilə görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR