Almaniyada hidrogenlə işləyən sərnişin qatarı xəttə buraxılıb

Almaniyada hidrogenlə işləyən sərnişin qatarı xəttə buraxılıb
# 25 avqust 2022 08:44 (UTC +04:00)

Dünyada ilk dəfə olaraq Almaniyada hidrogenlə işləyən sərnişin qatarı xəttə buraxılıb.

APA-nın TASS-a istinadla xəbərinə görə, qatar Aşağı Saksoniya əyalətində 126 kilometrlik xətdə hərəkət edəcək və 4 şəhəri birləşdirəcək. Yeni nəqliyyat vasitəsi heç bir zəhərli maddə xaric etmir.

Qatarın xəttə buraxılmasında ləngimə sınaqların uzun müddət davam etməsi və pandemiyaya görə bəzi detalların təchizatının ləngiməsi ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR