Almaniyada silahlı şəxslər Bundestaq binasını ələ keçirməyi planlaşdırıb - YENİLƏNİB

Almaniyada silahlı şəxslər Bundestaq binasını ələ keçirməyi planlaşdırıb - YENİLƏNİB
# 07 dekabr 2022 12:26 (UTC +04:00)

Almaniyada dövlət çevrilişinə cəhddə şübhəli bilinən “Reyx Vətəndaşları” ifrat sağçı təşkilatının üzvləri Bundestaq (parlament) binasına hücumu planlaşdırıb.

APA xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

“Hazırda aparılan araşdırmaya əsasən, təşkilatın ayrı-ayrı üzvləri kiçik silahlı qruplar şəklində Bundestaqı ələ keçirməyi planlaşdırırdı”, - qurumun açıqlamasında deyilir.

Xatırladaq ki, Almaniya federal polisi “Reyx Vətəndaşları” adlı ifrat sağçı qrupa qarşı xüsusi əməliyyat keçirib və 25 üzvünü saxlayıb.

***

11:42

Almaniya federal polisi “Reyx Vətəndaşları” adlı ifrat sağçı qrupa qarşı xüsusi əməliyyat keçirib.

APA “Associated Press”ə istinadən xəbər verir ki, Almaniyanın 16 ştatından 11-də həyata keçirilən istintaq tədbirləri çərçivəsində şübhəli qruplaşmanın üzvü olduğu bildirilən 25 nəfər saxlanılıb.

Qruplaşmanın bəzi üzvlərinin Almaniyanın postmüharibə konstitusiyasını rədd etdiyi və dövlət çevrilişinə çağırış etdiyi bildirilib.

“Der Spiegel” əməliyyatın Almaniyanın xüsusi təyinatlı qüvvələri olan KSK-nın ölkənin cənub qərbindəki Kalv şəhərində yerləşən kazarmalarında da aparıldığını açıqlayıb. Hərbi birləşmənin bəzi hərbçilərin ifrat sağçı hərəkatlarda iştirakı ilə əlaqədar əvvəllər də nəzarət altında saxlanıldığı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR