Almaniyanın xarici işlər naziri Kiyevə gedəcək - VİDEO

Almaniya xarici işlər naziri Annalena Berbok

© APA | Almaniya xarici işlər naziri Annalena Berbok

# 06 may 2022 02:43 (UTC +04:00)

Almaniya xarici işlər naziri Annalena Berbok yaxın vaxtlarda Ukraynaya səfər edəcək.

APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə kansler Olaf Şolts bildirib.

Şolts Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığını da müsbət qiymətləndirib.

“Biz danışıqların nəticəsi kimi xarici işlər nazirinin yaxın gələcəkdə Ukraynaya səfər etməsinə qərar verdik”, - deyə Şolts bildirib.

Mayın 5-də Zelenski Ştaynmayerlə telefon danışığı aparıb. Bildirilib ki, tərəflər gələcək əməkdaşlığa diqqəti yönəltmək üçün keçmişi geridə qoymağa razılaşıblar.
Onlar Kiyevin Almaniya prezidentini qəbul etməkdən imtina etməsi ilə yaranan qalmaqalından sonra ilk dəfə danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR