Aralıq dənizində 270 miqrant xilas edilib

 Aralıq dənizində 270 miqrant xilas edilib
# 28 avqust 2022 08:06 (UTC +04:00)

“Ocean Viking” gəmisinin heyəti 270 miqrantı xilas edib.

APA xəbər verir ki, bu barədə France İnfo məlumat yayıb.

Humanitar missiyalı gəmi son 3 gündə Aralıq dənizində 268 nəfəri xilas edib. Miqrantlar Liviya ilə Malta arasında rezin qayıqlarda aşkar ediliblər. Onların çoxunda günvurma nəticəsində yanıqlar aşkar edilib.

Xilas edilənlər arasında uşaqlar və hamilə qadınlar da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR