Araxamia Gürcüstanın baş nazirini yalan məlumat yaymaqda ittiham edib

Araxamia Gürcüstanın baş nazirini yalan məlumat yaymaqda ittiham edib
# 22 iyun 2022 23:42 (UTC +04:00)

Ukraynada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia Gürcüstanın baş naziri İrakli Qaribaşvilini saxta məlumatlar yaymaqda ittiham edib.

APA xəbər verir ki, bu barədə o “Telegram” kanalında Araxami Gürcüstanın Baş nazirinin bu ölkənin Avropa İttifaqına üzvlüyə mane olması ilə bağlı ittihamlarına cavab verib.

“Xalqın xidmətçisi” fraksiyasının rəhbəri bildirib ki, Ukrayna hakimiyyəti Gürcüstanın Avropa İttifaqına üzv olmasına mümkün qədər kömək edəcək.

“Gürcüstan hökumətinin, xüsusən də baş nazirin sadəcə bir oliqarxın tapşırığı ilə yalan məlumatlar yaymasına fikir verməyin", - deyə Araxamiya bildirib.

O, Gürcüstan xalqının Ukraynanı dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə parlamentində çıxışı zamanı Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının fraksiya rəhbəri David Araxamiyanın ABŞ və Avropaya səfər edərək Gürcüstanın Aİ-yə namizədlik statusunun verilməməsini tələb etdiyini deyib.

Baş nazir Araxamiyanı Gürcüstan müxalifətinin dostu adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR