ATƏT sədri Kiyevdədir - FOTO - YENİLƏNİB

ATƏT sədri Kiyevdədir - FOTO  - YENİLƏNİB
# 16 yanvar 2023 12:00 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Ukraynaya səfər edib.

APA xəbər verir ki, bu barədə Bujar Osmani öz "Twitter"ində paylaşım edib.

"Qatarla doqquz saatlıq yoldan sonra Kiyevə çatdıq. Regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi yollarını müzakirə etmək və regionda insanlara kömək etmək üçün Ukrayna liderləri ilə məhsuldar görüşləri səbirsizliklə gözləyirik", paylaşımda deyilir.

***

11:42

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Ukraynaya səfər edəcək.

APA ATƏT-in mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər bu gün baş tutacaq.

Osmani ATƏT sədri kimi Ukraynaya ilk səfərində yüksək səviyyəli rəsmilərlə görüşəcək.

"Nazir Osmaninin görüşlərində Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi səbəbindən ölkənin üzləşdiyi humanitar və təhlükəsizlik problemləri müzakirə olunacaq. Müzakirələr həmçinin Ukrayna xalqının, institutlarının və vətəndaş cəmiyyətinin ən aktual ehtiyaclarını, eləcə də ATƏT-in ölkənin dayanıqlığının gücləndirilməsində və yaranan çoxsaylı problemlərin həllində rolunu əhatə edəcək. Nazir Osmani həmçinin, müharibənin mülki əhaliyə, mülki infrastruktura təsirini görmək üçün və bölgədə ehtiyac duyulan beynəlxalq yardımın həcmi ilə tanış olmaq üçün Kiyev bölgəsinə səfər edəcək", ATƏT-in mətbuat xidməti bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR