Avropa Parlamenti Putin üçün xüsusi tribunal yaradılmasına səs verib

Avropa Parlamenti

© APA | Avropa Parlamenti

# 19 yanvar 2023 16:12 (UTC +04:00)

Avropa Parlamenti (AP) Rusiya Prezidenti Vladimir Putin üçün xüsusi tribunal yaradılmasına səs verib.

APA xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

AP deputatlarının qəbul etdiyi qətnamədə deyilir ki, BMT-nin iştirakı ilə, Ukrayna və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində Nürnberq məhkəməsinin bənzəri olan xüsusi tribunal yaradılmalıdır.

Qeyd olunub ki, qəbul olunmuş qətnamənin lehinə 427, əleyhinə 19 deputat səs verib, 33 nəfər isə bitərəf qalıb.

Beynəlxalq hüquqa görə, dövlət başçıları və yüksək vəzifəli şəxslər məhkəmə araşdırmasına qarşı toxunulmazlıq hüququna ​​malikdir. Hazırda deputatların əsas vəzifəsi Vladimir Putinə qarşı tribunalın yaradılmasına imkan verə biləcək hüquqi mexanizm tapmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR