Avropol: Ukraynadakı silahların terrorçuların əlinə keçməsi riski var

Avropol: Ukraynadakı silahların terrorçuların əlinə keçməsi riski var
# 22 iyul 2022 01:06 (UTC +04:00)

Avropa polis təşkilatı Avropol Ukraynadan odlu silah qaçaqmalçılığı barədə məlumata malikdir.

APA-nın xəbərinə görə, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Qəzetə müsahibəsində qurumun rəhbəri Yan Op Qer Oort bildirib ki, qara bazarda Ukrayan mənşəli odlu silah və hərbi məhsulların ticarətinə rast gəlinir.

Oort bildirib ki, Avropolun əməkdaşları ağır hərbi silahların bazara çıxarıldığına dair məlumata malikdirlər. Bu silahların terrorçuların əlinə düşməsi riski var. Ukraynanı tərk edən bəzi şəxslər özləri ilə odlu silah aparıblar. Avropaya keçirilmək üçün silah və döyüş sursatlarının sərhəd zonalara gətirilməsi təhlükəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR