Avstriya Rusiyanın 4 diplomatını "arzuolunmaz şəxs" elan edib

Avstriya

© APA | Avstriya

# 02 fevral 2023 11:59 (UTC +04:00)

Avstriya hökuməti 4 nəfər rus diplomatını "arzuolunmaz şəxs" elan edib.

APA xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Avstriyadakı Rusiya səfirliyinin iki diplomatı diplomatik statusa uyğun olmayan hərəkətlərə yol verib. Buna görə də onlar Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə əsasən "persona non qrata" elan edilir. Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin iki diplomatı Baş Qərargah Sazişinə uyğun olmayan hərəkətlərə yol verib. Onlar həmçinin Avstriya Respublikasının ərazisini tərk etməli olacaqlar. Dörd rusiyalı diplomat ən geci bir həftə ərzində, yəni 2023-cü il fevralın 8-nə qədər Avstriya Respublikasının ərazisini tərk etməlidir”, - XİN-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR