Bağçalı: Mövcud şəraitdə Türkiyə Parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyəcək

Bağçalı: Mövcud şəraitdə Türkiyə Parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyəcək
# 21 yanvar 2023 16:50 (UTC +04:00)

İsveç administrasiyasının danimarkalı siyasətçiyə Türkiyənin Stokholmdakı səfirliyi qarşısında "Qurani-Kərim"i yandırmağa icazə verməsi, təkcə qalmaqal deyil, vəhşilik və vandalizmin bariz nümayişi və konkret nümunəsidir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı bildirib.

“Quranın yandırılmasına icazə vermək onu yandırmaq qədər iyrənc və primitivdir. Milliyətçi Hərəkat Partiyası olaraq müqəddəs atributlarımıza əl uzadan, vaxtaşırı hücumlar təşkil edən, türk və İslam düşmənçiliyində sərhəd tanımayan İsveç hökumətini və təxribatçıları lənətləyir. İsveç bu səhvdən dönərək türk və İslam cəmiyyətlərindən üzr istəməlidir. Milli-mənəvi dəyərlərimizə nifrət bəsləyən bir ölkə və ya dövlətlərlə nəinki NATO-nun müttəfiqlik hüququnu bölüşmək, hətta siyasi və diplomatik münasibətlərin qurulması belə absurd və qıcıqlandırıcıdır” - deyə o, vurğulayıb.

Bağçalı deyib ki, bu şəraitdə İsveçin NATO-ya üzvlüyü Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR