Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
# 21 noyabr 2022 02:39 (UTC +04:00)

Bakının Səbail rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Nizami və Murtuza Muxtarov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü köməkçi yoldan qəfil əsas yola daxil olub.

Bu zaman “Toyota” markalı maşının sürücüsü idarəetməni itirərək kəsişmədə olan “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpıb.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

“Toyota” deformasiyaya uğrayıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR