Blinken Draqi ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Blinken Draqi ilə Ukraynadakı vəziyyəti müzakirə edib
# 15 sentyabr 2022 08:14 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken hökumət böhranı fonunda istefa verən İtaliyanın baş naziri Mario Draqi ilə telefon danışığı aparıb.

APA-nın Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın bəyanatına istinadən verdiyi məlumata görə, danışıqlar zamanı tərəflər Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.

“Dövlət katibi yaxın tarixin ən çətin dövrlərindən birində nümunəvi rəhbərliyinə və İtaliyanın Ukraynaya güclü dəstəyinə görə baş nazirə təşəkkür edib", - deyə Prays bildirib.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Blinken italiyalı siyasətçiyə bildirib ki, Rusiya tərəfi Kiyevi dəstəkləyən dövlətlərdə parçalanmaya nail olmaq istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR