BMT müharibədə ölən və yaralanan mülki ukraynalıların sayını açıqlayıb

BMT müharibədə ölən və yaralanan mülki ukraynalıların sayını açıqlayıb
# 22 noyabr 2022 11:40 (UTC +04:00)

BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində bu ölkədə həlak olan və yaralanan mülki şəxslərin sayını açıqlayıb.

APA BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının saytına istinadən xəbər verir ki, fevralın 24-dən noyabrın 20-dək Ukraynada 16 784 nəfər həlak olub və yaralanıb.

Ali Komissarlığın məlumatına görə, fevralın 24-dən bəri Ukraynada 6 595 mülki şəxs öldürülüb ki, onlardan 2 575 nəfəri kişi, 1 767-si qadın, 172 qız, 206 oğlan, 37 uşaqdır. 1 828 nəfərin isə cinsi hələ müəyyən edilməyib.

Müharibə nəticəsində 10 189 nəfər yaralanıb ki, onlardan 2 212 nəfəri kişi, 1 579 nəfəri qadın, 211 qız, 299 oğlan və 245 uşaqdır. Yaralanan 5 643 nəfərin cinsi hələ müəyyən edilməyib.

Qeyd olunub ki, mülki əhali arasında qeydə alınan itkilərin əksəriyyəti iri partlayıcı silahlardan, ağır artilleriya və reaktiv yaylım atəşindən, həmçinin raket və hava hücumlarından istifadə nəticəsində baş verib.

Eyni zamanda, OHCHR bildirib ki, Ukraynada dinc sakinlər arasında itkilərin real sayı daha çoxdur: “Çünki güclü hərbi əməliyyatların davam etdiyi bəzi yerlərdən məlumatların alınması ləngiyir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR